Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğu məqsədilə başladılan “Məşğulluq marafonu”na Bakı Nəqliyyat Agentliyi də qoşulub.
Bu barədə qurumdan bildirilib.
Məlumata görə, agentliyin mərkəzi aparatında və tabeliyindəki qurumlarda vətən müharibəsi iştirakçısı olan 7 nəfər daimi işlə təmin olunub.
Xatırladaq ki, qurumun 16 əməkdaşı 44 günlük Vətən müharibəsində iştirak edib.