Stavropol Cinayət Axtarışı İdarəsinin rəis müavini, əslən erməni olan Ruslan Abovyanın qətlində ikinci şübhəli ortaya çıxıb.
Arazmedia.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.
İkinci şübhəli şəxs 1977-ci il təvəllüdlü Zaurbek Keniyevdir. Sözügedən şəxs axtarışa verilib.
Qeyd edək ki, ötən həftə Stavropolda çoxmərtəbəli binalardan birinin yaxınlığında naməlum şəxslər R.Abovyana atəş açıblar. R.Abovyan ümumilikdə 9 ədəd güllə yarası alıb. O, reanimasiyada ölüb.