Bu gün şəhid Zakir Cəfərovun xatirəsinə həsr olunmuş şahmat üzrə Nərimanov rayon turniri keçirildi.Tədbirdə rayonun gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov,şəhid ailələri,jurnalist və ictimai fəallar iştirak edirdilər.
Turnirin açılışında şəhidin anası Kəmalə Abdullayeva çıxışında iştirakcı və qonaqlara oğlunun adına olan turnirdə iştiraka görə təşəkkür etdi.Turnir qaliblərin təltif olunması ilə başa çatdı.
Xatırladaq ki,əsgər Zakir Cəfərov 2017-ci ildə, fevral döyüşləri zamanı şəhid oldu. Fevralın 27-də onun və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürülü. Fevralın 28-i isə Zakir Cəfərov Nizami rayonu Keşlə qəsəbəsindən son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Cəfərov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Zakir Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Şücaətə görə” medalı ilə təltif edildi.
Zaur Talıblı,
Arazmedia.az