Tokio Olimpiadasında iştirak etmək üçün Yaponiyaya gələnlər arasında yoluxma sayı 79-a çatıb.
Arazmedia.az xəbər verir ki, bu barədə Olimpiya Oyunlarının Təşkilat Komitəsinin saytı məlumat yayıb.
Son sutka ərzində “Tokio-2020” çərçivəsində ölkəyə gələnlərdən daha səkkiz nəfərdə koronavirus aşkar edilib.
Yoluxanlar arasında bir idmançının da olduğu, lakin onun Atletlər şəhərində yaşamadığı bildirilir.