DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

“Qızılağac”, “Yeni Dünya” və “Lanur” şadlıq saraylarında QANUNSUZLUQ

1 dəqiqəyə oxunur

Masallıda karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallıda Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində bəzi şadlıq saraylarında keçirilən toy mərasimləri zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Həmin obyektlərin sahibləri və mərasim təşkilatçıları barəsində qanunamüvafiq tədbirlər görülüb. Belə ki, “Lanur” şadlıq sarayında keçiriən toy mərasimində icazə verilən həddən artıq sayda qonağın iştirak etməsi müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə barələrində protokol tərtib edilməklə həmin şadlıq sarayının inzibatçısı 4000 manat, toy mərasiminin təşkilatçısı isə 400 manat məbləğində cərimə olunublar.

Bundan əlavə rayon ərazisində yerləşən “Qızılağac” şadlıq sarayında və “Yeni Dünya” restoranında aparılan yoxlamalar zamanı təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, icazə verilən saydan artıq qonağın iştirak etməsi müəyyən olunub. Yol verilən qayda pozuntuları ilə bağlı obyektlərin sahibləri və toy təşkilatçıları barəsində qanunamüvafiq tədbirlər görülüb.