Bu gündən iyulun 22-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.
Arazmedia.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Qərara əsasən, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, iyulun 20, 21-i Qurban bayramıdır. Bayramla əlaqədar 18 (bazar), 19, 20, 21 iyul qeyri-iş günləridir.