Gürcüstanda ötən sutkada koronavirusa 1 808 yeni yoluxma halı təsdiqlənib, 22 nəfər vəfat edib.
Arazmedia.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 386 195-ə, ölənlərin sayı isə 5 538-ə çatıb.
Son 24 saat ərzində 361, ümumilikdə isə 363 318 nəfər sağalıb.
Bu günə olan aktiv xəstə sayı 17 313 nəfər təşkil edir.