Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu ölkədə səfərdə olan Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-polkovnik Sergey İstratovla görüşüb.
Arazmedia.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Paşinyanla İstratov Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti, regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.