Gəncə şəhər 16 nömrəli tam orta məktəbdə iyul ayının 13-də saat 09:00 seansında riyaziyyat fənni üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanında namizədlərdən birinin sualları imtahan zalından çıxarmağa cəhd göstərdiyi müəyyən olunub.
Arazmedia.az Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, aparılan videomüşahidə nəticəsində namizədin Göygöl rayonu Qırıxlı kənd tam orta məktəbin riyaziyyat müəllimi Gülnar İmranova olduğu müəyyənləşdirilib, imtahan nəticəsi ləğv olunub və barəsində müvafiq cəza tədbiri görüləcək.