DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Daha 7 erməni hərbçinin qalıqları TAPILDI

1 dəqiqəyə oxunur

İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında bu gün aparılmış axtarış işləri zamanı daha 7 erməni hərbçinin qalıqları tapılıb.

Arazmedia.az  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, qalıqlar Xocavənd rayonu ərazisində aşkar edilib.

Qalıqları tapılanlar Qarabağdakı döyüş əməliyyatlarının iştirakçıları olub.

Meyiti tapılanların kimliyinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası aparılacaq.

Qeyd edək ki, Ermənistan tərəfinin açıqlamasına görə, Qarabağda hərbi əməliyyatlar dayanandan bəri işğaldan azad olunmuş Azərbaycan torpaqlarında ümumilikdə 1611 erməni hərbçinin cəsədi və ya qalıqları tapılaraq Ermənistana təhvil verilib.