Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 1-ci təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq.
Arazmedia.az xəbər verir ki, ilk oyun günündə 12 qarşılaşma keçirilib. Moldovanın “Şerif” komandası Albaniya “Teuta”sı ilə qarşılaşıb. Komandalar arasındakı ilk oyun moldovalıların 4:0 hesablı qələbəsiylə başa çatmışdı. Cavab matçında da qalib gələn Tiraspol təmsilçisi növbəti mərhələyə yüksəlib.
Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” cavab matçına bu gün çıxacaq. “Ağ-qaralar” səfərdə məğlub etdiyi Tbilisi “Dinamo”sunu bu dəfə Bakıda qəbul edəcək.
Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” Norveçin “Bude-Qlimt” komandasını sınağa çəkəcək. Komandalar arasında Norveçdə baş tutan oyunda “Legiya” 3:2 hesabıyla qələbə qazanıb. Emreli bu matçda 2 qol vurmağı bacarıb.
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunları
13 iyul
Hamrun Spartans (Malta) – Flora (Estoniya) 0:3
İlk oyun – 0:2
Linkoln (Cəbəllütariq) – Fola (Lüksemburq) 5:0
İlk oyun 2:2
Riqa (Latviya) – Malmö (İsveç) 1:1
İlk oyun 0:1
Şerif (Moldova) – Teuta (Albaniya) 1:0
İlk oyun 4:0
Priştina (Kosovo) – Ferentsvaroş (Macarıstan) 1:3
İlk oyun 0:3
Mura (Sloveniya) – Şkendiya (Şimali Makedoniya) 5:0
İlk oyun 1:0
Borats (Bosniya və Herseqovina( – ÇFR (Rumıniya) 2:1
İlk oyun 1:3
Buduçnost (Monteneqro) – HİK (Finlandiya) 0:4
İlk oyun 1:3
Linfild (İrlandiya) – Jalqiris (Latviya) 1:2
İlk oyun 1:3
Şemrok Rovers (İrlandiya) – Slovan (Slovakiya) 2:1
İlk oyun 0:2
Şaxtyor (Qazaxıstan) – Ludoqorets (Bolqarıstan) 0:1
İlk oyun 0:1
Valyur (İslandiya) – Dinamo (Xorvatiya) 0:2
İlk oyun 2:3
14 iyul
18:00 Kayrat (Qazaxıstan) – Makkabi (Hayfa, İsrail)
İlk oyun 1:1
19:00 Alaşkert (Ermənistan) – Konnah (Uels)
İlk oyun 2:2
21:00 Neftçi – Dinamo (Tbilisi, Gürcüstan)
İlk oyun 2:1
22:00 Legiya (Polşa) – Bude-Qlimt (Norveç)
İlk oyun 3:2