Floridanın Mayami şəhəri yaxınlığındakı Sörfsayd qəsəbəsində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 90-a çatıb.
Arazmedia.az-ın ştatın yerli KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Mayami-Deyd dairəsinin bələdiyyə başçısı Daniella Livayn Kava mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, uçqunda itkin düşənlərin sayı 31 nəfərdir.
Qeyd edək ki, hadisə iki həftə bundan əvvəl baş verib.