Almaniyanın Anhalt-Bitterfeld bölgəsində haker hücumu səbəbiylə fövqəladə vəziyyət elan edilib, bu, Almaniyada ilk hadisədir.
Arazmedia.az xəbər verir ki, bir neçə gün əvvəl bölgənin kompüter sisteminə də hücum edilib. Qeyd olunub ki, dövlət idarələrinin işləri demək olar ki, iki həftədir iflic vəziyyətindədir. Bu müddət ərzində sosial və digər müavinətlər ödənilməyib.
Almaniyadakı Federal İnformasiya Təhlükəsizliyi Ofisi artıq problemin aradan qaldırılması üçün hərəkətə keçib.