Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiyaların rəhbərləri Şuşa şəhərinə səfər edir.
Arazmedia.az-ın məlumatına görə, səfərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Feketen, Alban udi dini icmasının rəhbəri Robert Mobili və Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirlər.
Qeyd edək ki, səfər iki gün davam edəcək. Səfər iştirakçıları Şuşada bir sıra dini və mədəni abidələri ziyarət edəcək, məscidlərdə namaz qılacaqlar.