10 iyun – 3 iyul tarixləri ərzində Azərbaycana 57 min 636 turist gəlib.
Arazmedia.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Xarici ölkələr üzrə turist sayında ilk onluq aşağıdakı kimidir:
1. Rusiya Federasiyası – 22907 nəfər
2. Türkiyə – 15906 nəfər
3. İran – 6353 nəfər
4. Gürcüstan – 3920 nəfər
5. Ukrayna – 1637 nəfər
6. Danimarka – 1216 nəfər
7. Birləşmiş Krallıq – 698 nəfər
8. Belarus – 473 nəfər
9. İsveçrə – 434 nəfər
10. Almaniya – 401 nəfər
Qeyd edək ki, “Avro 2020” oyunlarının 4 qarşılaşması Bakıda keçirilib və bununla əlaqədar turist sayında artım qeydə alınıb. Xüsusən, Türkiyə, İsveçrə, Danimarka və Böyük Britaniyadan ölkəmizə gələnlərin sayı ötən dövrlərlə müqayisədə çox olub.