Ötən 6 ayda daxili işlər və prokurorluq orqanları üzrə 14 058 cinayət qeydə alınıb, açılması isə xeyli yaxşılaşıb.
Arazmedia.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində 2021-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunan videokonfrans formatında keçirilən kollegiya iclasında daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bildirib.