DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İqtisadiyyat

Mikayıl Cabbarovdan iqtisadi rayonların yeni bölgüsü ilə bağlı AÇIQLAMA

1 dəqiqəyə oxunur

“Prezident İlham Əliyevin iqtisadi rayonların yeni bölgüsünü təsdiqləməsi Azərbaycan torpaqlarının tarixi adlarının bərpası baxımından xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, iqtisadi ixtisaslaşmanı səmərəli investisiya siyasətinin həyata keçirilməsini, idarəetmədə çevikliyin artırılmasını təmin edəcək”.

Arazmedia.az  xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də bildirib.

“Bu yanaşma Vətən müharibəsində böyük Zəfərdən sonra formalaşmış yeni reallıqları ehtiva edir və işğaldan azad edilmiş ərazilərimizin dirçəlişi və tərəqqisi üçün mühüm təkandır. İqtisadi zonaların ahəngdar və hərtərəfli inkişafı ölkəmizin iqtisadiyyatına və xalqımızın rifahına öz töhfələrini verəcəkdir”, – deyə o, qeyd edib.