Ermənistan ordusunun Gorus rayonunda yerləşən hərbi hissələrinin birində hərbi qulluqçular arasında kütləvi dava olub.
Arazmedia.az erməni KİV-lərinə istinadla xəbər verir ki, yayılan məlumatlarda spirtli içki qəbul edən bir neçə hərbi qulluqçu arasında axşam saatlarında başlayan mübahisənin sonradan kütləvi davaya çevrildiyi bildirilib. Davaya hərbi qulluqçu Narik Abelyanın xidmət yoldaşlarına qarşı nalayiq hərəkətləri səbəb olub.
Dava nəticəsində bir neçə hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb.