Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26 isti, gündüz 35-38 isti, Bakıda gecə 24-26 isti, gündüz 36-38 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 748 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 , gündüz 35-40 faiz olacaq.
Abşeron çimərliklərində cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.
İyulun 5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün zəif və mülayim tərəddüdü gözlənilir.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27 isti, gündüz 35-40, bəzi yerlərdə 42 isti, dağlarda gecə 15-20 isti, gündüz 26-31 dərəcə isti olacaq.