Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən “Sumqayıt” sabah ilk yoxlama oyununu keçirəcək.
Arazmedia.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri yerli “Keçiörengücü” kollektivi ilə qarşılaşacaq. Qızılcahamam Mərkəzi stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 17:30-da (yerli vaxtla 16:30) start veriləcək.
Qeyd edək ki, “Keçiörengücü”də bu yay “Keşlə”dən transfer olunan azərbaycanlı futbolçu Vüsal İsgəndərli də forma geyinir.