DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlı qadını beynəlxalq axtarışa verdi

1 dəqiqəyə oxunur

Rusiya hüquq-mühafizə orqanları Azərbaycan əsilli qadını beynəlxalq axtarışa verib.

Arazmedia.az  xəbər verir ki, bu barədə “İnterpol”un saytında məlumat verilib.

Bildirilib ki, 1991-ci ildə Dərbənd şəhərində anadan olan, Azərbaycan və rus dillərində danışan Əminə Əliyeva terror təşkilatının fəaliyyətində iştirak etməkdə təqsirləndirilir.

Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib, saxlanılması üçün “İnterpol”a müraciət olunub.