DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Gəncədə polis işçilərinin peşə bayramı qeyd edilib

1 dəqiqəyə oxunur

Gəncədə polis işçilərinin peşə bayramı qeyd edilib.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Arazmedia.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) kollektivi əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, xatirəsini ehtiramla anıblar.

Baş Polis İdarəsində keçirilən tədbirdə Vətən uğrunda və cinayətkarlıqla mübarizədə həlak olmuş polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan ŞBPİ-nin rəisi, polis general-mayoru Teymur Hacıyev qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyinin tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradılıb. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib.
O, Azərbaycan polisinin Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə ictimai asayişin və qanunun keşiyində ayıq-sayıq dayanmaq kimi şərəfli missiyanı uğurla yerinə yetirdiyini vurğulayıb.
Daha sonra daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə peşə bayramı münasibətilə ünvanlanmış təbrik məktubu oxunub.
Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına və təqaüddə olan polis veteranlarına fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr verilib.