![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2021/07/1621024081_korona-1.jpg?resize=640%2C360&ssl=1)
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 118 yoluxma halı qeydə alınıb.
Arazmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 225 339 nəfərə çatıb.
Son 24 saat ərzində ölkədə koronavirusdan 1 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4518 nəfərə çatıb.