İran Hərbi Dəniz Qüvvələri (HDQ) bu gündən Xəzər dənizində təlimlərə başlayıb.
Arazmedia.Az xəbər verir ki, “Davamlı təhlükəsizlik 1400” adlı təlimlərdə Hərbi Dəniz Qüvvələrinin gəmiləri, təyyarə və vertolyotları, pilotsuz təyyarələr, elektronik müharibə qurğuları və eləcə də ordunun xüsusi təyinatlıları iştirak edir.
Sülh və dostluq mesajı ilə keçirilən təlimlərdə İran HDQ–nin döyüş hazırlığı yoxlanılacaq, gənc kadrlarla təcrübə mübadiləsi aparılacaq.