Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə Vətən müharibəsində göstərdikləri igidliyə görə təltif edilmiş Qəbələ rayonundan olan hərbiçilərə və şəhidlərin ailə üzvlərinə medalların təqdim olunması ilə bağlı tədbir keçirilib.
Arazmedia.Az xəbər verir ki, ilk öncə Qəbələ RİH-nin, hüquqmühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, vətən müharibəsi iştirakçıları, şəhidlərin ailə üzvləri, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə Mıxlıqovaq kəndi ərizisində yerləşən müharibədə həlak olmuş şəhidlərin xatirə abidəsi ziyarət olunaraq üzərinə gül dəstələri qoyulmuşdur. Daha sonra tədbir Qəbələ Mədəniyyət Mərkəzində davam etdirilmişdir.
Tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev tədbirdə çıxış edərək 44 günlük müharibədə Azərbaycan oğullarının igidliklərindən, eləcə də şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına dövlət tərəfindən göstərilən qayğıdan danışmışdır.
Vətən müharibəsi zamanı rayonumuzdan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş 83 nəfər hərbi qulluqçu həmyerlimizə medallar təqdim olunmuşdur. Müharibə iştirakçıları və şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlə