Türkiyədə Qlobal Jurnalistlər Şurasının (Global Journalism Council) toplantısı keçiriləcək.
Arazmedia.Az Unikal.org-a istinadən xəbər verir ki, iyulun 2-dən 4-dək davam edəcək konfransda Azərbaycanı Parlament Jurnalistlər Birliyinin sədri, Qlobal Jurnalistlər Şurasının beynəlxalq məsələlər üzrə rəhbəri Elşad Eyvazlı təmsil edəcək.
Türkiyə və Azərbaycan daxil olmaqla 22 ölkənin 100-dən çox jurnalistinin qatılacağı toplantıda xarici media təmsilçiləri ilə bağlı ayrıca müzakirələr aparılacaq. Tədbirin bu bölməsinə E.Eyvazlı rəhbərlik edəcək.
“Bu toplantı pademiyadan bu yana təşkilatın ilk ən böyük iclasıdır” – deyən qurum rəsmisi qeyd edib ki, hazırda Azərbaycan və Türkiyə mediasının birgə fəaliyyəti, eləcə də bütün türk ölkələri jurnalistlərinin əlaqələrinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır: “Şuşa Bəyannaməsində də bu kimi məqamlara xüsusi yer ayrıldı.
Bir vətəndaş kimi harada olmağımızdan asılı olmayaraq bu kimi vacib məqamlarda öz üzərimizə düşən məsuliyyəti dərk etməliyik. Bu baxımdan toplantıda Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərimizi də müzakirə edəcəyik. Orada jurnalistlərin birgə işindən, təcrübə mübadiləsindən söz gedir.
Elə bizim təşkilatın əsas məqsədlərindən biri də Azərbaycan da daxil türk ölkələrinin jurnalistlərinin xarici mediaya inteqrasiyasına dəstək olmaqdır. Bu istiqamətdə rəsmi dəstəklər arzuolunan səviyyədədir, ancaq qeyri-rəsmi sektorun da bu istiqamətdə işinə ehtiyac duyulur. Hətta bəzən dəyişik ölkələrdə bu sektor daha çox iş görmək imkanına malik olur. Odur ki, fürsətdən istifadə edib bu istiqamətdə müəyyən addımlar atmaq düşüncəsindəyik”.