Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının sədri Məlahət Həsənova (İbrahimqızı) vəzifəsindən gedib.
Arazmedia.Az xəbər verir ki, bu barədə M. İbrahimqızı “Facebook” səhifəsində paylaşım edib. O, qeyd edib ki, YAP Nəsimi rayon təşkilatının XI hesabat konfransı keçirilib. Hesabat konfransında sədr dəyişikliyi olub.
M. İbrahimqızı uzun illər rəhbərlik etdiyi təşkilatın üzvləri ilə də vidalaşıb: “Haqqınızı halal edin”.