Türkiyədə son 24 saatda daha 57 nəfər koronavirusdan həyatını itirib. Arazmedia.Az xəbər verir ki, bu gün ölkədə 6143 nəfərdə COVİD-19 infeksiyası aşkarlanıb. Yeni sağalanların sayı 5214, ağır xəstə sayı isə 791 nəfərdir. Qeyd edək ki, iyunun 21-də Türkiyədə koronavirusa yoluxma sayı 5294, bu xəstəlikdən ölənlərin sayı isə 51 nəfər olub. Share