İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Arazmedia.Az bu barədə erməni KİV-lərə istinadən xəbər verir. Məlumata görə, cəsəd Füzuli rayonunda aşkarlanıb.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində – 13 noyabrdan bəri 1584 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.