Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 21-də Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşüb.
Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrinin uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.