Belçikada məktəb binasının çökməsi nəticəsində ölənlərin sayı 5-ə yüksəlib. Arazmedia.Az “Belga”ya istinadən xəbər verir ki, Antverpendə baş verən hadisə zamanı 9 nəfər yaralanıb. Onların vəziyyəti stabil qiymətləndirilir. Bildirilib ki, hadisə binada tikinti işləri aparılarkən baş verib. Ölən və yaralılar binada çalışan işçilərdir. Share