Gürcüstanda koronavirusun Hindistan ştammına yoluxanların sayı 20-ə çatıb.
Arazmedia.Az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib. O bildirib ki, bu gün Hindistan ştammına iki yeniyə yoluxma qeydə alınıb.
Qeyd edək ki, qonşu ölkədə Hindistan ştammına ilk yoluxma faktları mayın 27-də təsdiqlənib. Bu günə qədər 18 nəfərdə Hindistan ştammı aşkarlanmışdı.