DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Müharibə

Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi

2 dəqiqəyə oxunur

Ermənistanın sabiq baş naziri, müxalifətdəki “Azadlıq” partiyasının sədri Hrant Baqratyan jurnalistlərə Rusiya ilə  bağlı sensasion açıqlama verib.

Əslində  hamıya məlum olan həqiqəti Ermənistan siyasətçi dilə gətirib desək, daha doğru olar. O bildirib ki, 44 günlük aktiv əməliyyatlar zamanı Rusiyanın Ermənistana yardım etmədiyini demək haqsızlıq olardı. “Rusiya Ermənistan silahlı birləşmələrinə özünün Xəzər dənizində yerləşən Hava Hücumundan Müdafiə (HHM) sistemləri vasitəsilə kömək edirdi və Qarabağda hava məkanını bağlayırdı”,- deyə Baqratyan qeyd edib.Hrant Baqratyan Hrant Baqratyan

“44 günlük əməliyyatlar dövründə Rusiya qüvvələri səmanı mütəmadi olaraq bağlayırdı. Onlar bunu etməyə də bilərdilər, lakin bizə kömək məqsədilə bu addım atıldı. Biz Rusiyanın Xəzər dənizində yerləşən Hava Hücumundan Müdafiə sistemlərindən istifadə etmişik. İndi bəzi qüvvələr narazılıq edirlər ki, noyabrın 4-də niyə hava məkanını açdıq. Çünki hansısa səbəblərlə Şuşada yerləşdiilmiş idarəetmə məntəqəmizi düşmən dağıda bildi.

Siyasətçi qeyd edib ki, əvvəllər Ermənistanın Çobankara ərazisində yerləşən həmin məntəqələrin Şuşaya nə məqsədlə köçürüldüyünü bilmir, lakin bu çox ağılsız addım olub.

Bundan öncə İskəndər raketləri ilə bağlı Paşinyan verdiyi sensasiyalı açıqlamanı sonra təkzib etsə də. Atılan raketlərin qalıqlarının Şuşada və Xırdalan ərazisində tapılmasını unutmadıq. Baxmayaraq ki, Rusiya tərəfi bu beynəlxalq səviyyəli skandala cavab vermədi. Üzərinə sülhməramlı missiyasını götürmüş bədməramlı qonşumuz bu məsələnin də üzərindən yəqin ki, sükutla keçəcək. Çünki əslində İskəndər kimi bu söhbətdə də Rusiya silahlarının gücsüzlüyü özünü göstərir. PUA və  dronların hərəkəti Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfibndən zərərsziləşdirilə bilmədi.

Ermənistan tez-tez Azərbaycanın Türkiyə birlikdə əməliyyatlar keçirdiyini desə də, bununla bağlı heç bir dəlil-sübut ortaya qoya bilməyiblər. Amma dəfələrlə Ermənistandan verilən açıqlamalar göstərir ki, Azərbaycan Rusiya-Ermənistan ittifaqına qarşı döyüşüb. Elə dünya birliyi də bunu fakt olaraq qəbul edir. Təsadüfi deyil ki, Azərbaycanın qələbəsindən sonra Rusiyanın hərbi gücünün mif olması barədə materiallar hələ də zaman-zaman xarici mediada yer alır.

İlhamə (BizimYol)