Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə aparılan axtarış nəticəsində bu gün daha 3 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.
Arazmedia.Az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, qalıqlar Xocavənd rayonu ərazisində aşkarlanıb.
Qalıqları tapılanlar Qarabağdakı döyüş əməliyyatlarının iştirakçıları olub.
Meyiti tapılanların kimliyinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası aparılacaq.
Qeyd edək ki, Ermənistan tərəfinin açıqlamasına görə, Qarabağda hərbi əməliyyatlar dayanandan bəri işğaldan azad olunmuş Azərbaycan torpaqlarında ümumilikdə 1 579 erməni hərbçinin cəsədi və ya qalıqları tapılaraq, Ermənistana təhvil verilib.