Türkiyənin İstanbul şəhərində Sultan Səlim Körpüsünün altında “AS ROSAILA” adlı ticarət gəmisi balıqçı qayığı ilə toqquşub.
Arazmedia.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, nəticədə, qayıq batıb.
Qəza 16:00 radələrində baş verib. Əraziyə xilasedicilər cəlb edilib. Qayıqda olan üç nəfərdən biri hadisə yerində, biri xəstəxanada həyatını itirib. Bir nəfərin isə həyatını xilas etmək mümkün olub.