Türkiyəli sənət ustası İbrahim Tatlısəs əməliyyat olunub.
Arazmedia.Az xəbər verir ki, müğənniyə ötən həftə ateroskleroz diaqnozu qoyulub. İllər əvvəl silahlı hücum nəticəsində sağlamlıq problemləri ilə mübarizə aparan ifaçı Maltepe Universiteti Tibb Fakültəsi Xəstəxanasında əməliyyat edilib.
Qeyd edək ki, İbrahin Tatlısəs uzun müddətdən sonra “İbo Şou” ilə ekranlara qayıdıb.