Gürcüstanda son sutkada daha 741 nəfərə koronavirus diaqnozu qoyulub, 945 nəfər sağalaraq evə buraxılıb.
Arazmedia.Az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 356 920 nəfər təşkil edir, onların 342 720-si sağalıb.
Ötən 24 saat ərzində xəstəlikdən daha 18 nəfər vəfat edib və ümumi ölüm sayı 5114-ə yüksəlib.