Dünya Expo-ları, insanları daha yaxşı bir gələcək üçün ümid və əməkdaşlıq ruhunda bir araya gətirir. Expo 2020 Dubai inanır ki, bizi birləşdirən şeyi xatırlamaq və bütün dünyadan birgə əməkdaşlıq və innovasiyanın görkəmli nümunələrindən ruhlanmaq üçün əvvəllər olduğundan daha çox indi bəşəriyyətin bir araya gəlməyə ehtiyacı var.
Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili olaraq qeyd etmək istərdim ki, bu il keçiriləcək əlamətdar tədbirimizdə Azərbaycanı salamlamağı səbirsizliklə gözləyirik.
Dubai EXPO nə vəd edir?
- Expo 2020 Dubai, həyatda bir dəfə olan təcrübə olacaq – yaradıcılıq, yenilik, insanlıq və dünya mədəniyyətlərinin altı aylıq təntənəsi.
- Expo 2020 Dubai, BƏƏ üçün əhəmiyyətli bir mərhələ olaraq 2021-ci ildə BƏƏ-nin 50 illiyinə təsadüf edir. BƏƏ dünyaya möhtəşəm inkişaf yolu ilə mümkün olanı öz tarixi boyu göstərmişdir. Expo 2020 Dubai-da insanları bu səyahətə cəlb etmək, gələcək nəslin ruhlandırılmasında rol oynamaq və birlikdə bəşəriyyətin inkişafının növbəti 50 ilini dəstəkləyən yeniliklərə qığılcım vermək istəyirik.
Əsas tarixlər
- Açılış günü: 1 oktyabr 2021
- Bağlanış günü: 31 mart 2022
Beynəlxalq İştirakçılar
- Ölkələr, çoxtərəfli təşkilatlar, təhsil müəssisələri və şirkətlər daxil olmaqla 200-dən çox iştirakçı və milyonlarla ziyarətçi Expo 2020 Dubai-ı qeyd etmək üçün bir araya gələcək.
- Expo 2020 Dubai, bütün iştirakçı ölkələrə mədəniyyətlərini, yeniliklərini və inkişafının ən yaxşısını təqdim etmək üçün bir platform təmin edəcəkdir. Dünya Expo tarixində ilk dəfə olaraq hər ölkənin öz pavilyonu olacaqdır. Expo 2020, eyni zamanda ənənəvi coğrafi qruplardan uzaqlaşacaq və Fürsət, Mobillik və Davamlılıq olmaqla üç alt mövzuda oxşar çətinliklərlə üzləşən ölkələri birləşdirəcəkdir.
Azərbaycan Pavilyonu
Azərbaycan Pavilyonu “Gələcək üçün toxumlar” mövzusundadır. Dizayn təbiətdən ruhlanmışdır. Pavilyonun memarlığı iki təbii elementdən ruhlanmışdır: ağac və yarpaq. O, Expo ziyarətçilərinin davamlı inkişafla bağlı ətraf mühit və sosial ekosistemlərlə əlaqəli əsas məsələlər üzərində dayana biləcəyi bir məkan təklif etmək üçün dizayn edilmişdir.
Bu baxımdan, iki dost ölkə olan BƏƏ və Azərbaycan Dubay EXPO çərçivəsində Azərbaycan Pavilyonunun mövzusunda ikitərəfli münasibətləri dərinləşdirmək üçün yeni fürsətlər yarada bilər:
- təmiz enerji texnologiyası;
- enerji, su, mikroelektronika, qabaqcıl materiallar və nəqliyyat sistemləri ilə bağlı fundamental araşdırmalara qarşılıqlı investisiya qoyuluşu;
- texnoloji əsaslı yerli qida istehsalı
Qeyd edək ki, BƏƏ BAXIŞ 2021-in əsaslarından biri havanın keyfiyyətinin yaxşılaşdırılmasına, su ehtiyatlarının qorunmasına, təmiz enerjidən istifadənin artırılmasına, gender bərabərliyinin təkmilləşdirilməsinə və gənclərin hüquqlarının genişləndirilməsinə yönəlmişdir. BƏƏ-nin davamlılıq öhdəliyi iqtisadi şaxələndirmə, su və biomüxtəlifliyin qorunması, qida təhlükəsizliyi strategiyaları və bərpa olunan enerji həlləri yolu ilə iqlim dəyişikliyinin təsirlərini azaltmaq məqsədi daşıyır.
Abdalla AlShamsi
müvəqqəti işlər vəkili