DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Ağacları kəsən şəxs cəzalandırılıb

1 dəqiqəyə oxunur

Nizami rayonu, B.Nuriyev küçəsi 42 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov Unikal.org-a bildirib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda tikinti işləri aparılan zaman 2 ağacın vətəndaş Rüstəm Əhmədov tərəfindən kəsildiyi və təbiətə 4 200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Nizami Rayon Prokurorluğuna göndərilib”.