Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Avropa çempionatının A qrupunun Türkiyə – Uels matçını izləyir.
Arazmedia.Az xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda (BOS) keçirilir.
Qeyd edək ki, Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib – 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub – 0:3.