“Azərbaycan torpaqları 30 il işğal altında qaldı. Qəhrəman Azərbaycan Ordusu 44 gün ərzində öz torpaqlarını işğaldan azad etdi”.
Arazmedia.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumu ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, Azərbaycan münaqişənin diplomatik yolla həlli üçün uzun illər səbr edib: “Lakin təəssüf ki, bu istiqamətdə göstərilən təşəbbüslər yetərli olmadı. Münaqişə dondurulmuş vəziyyətdə qaldı. Əlbəttə, Azərbaycanın səbrinin həddi var idi”.
Türkiyə XİN başçısı qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və hər kəs Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir.