Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını Qurtuluş Günü münasibətilə təbrik edib.
Arazmedia.Az xəbər verir ki, bu barədə Türkiyə XİN “Twitter”də bildirib.
“Sevinci sevincimiz olan can Azərbaycanın 15 iyun Milli Qurtuluş Günü mübarək olsun. Azərbaycanlı qardaşlarımızı bu münasibətlə təbrik edir, Azərbaycanın Ümumilli lideri Heydər Əliyevi rəhmət və sayğı ilə xatırlayırıq”, – Türkiyə XİN qeyd edib.