DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

“Şuşada müttəfiqlik Bəyannaməsini imzalayarkən gələcək nəsillərə yol göstəririk”

1 dəqiqəyə oxunur

“Bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bu birliyi bizi birləşdirən bir çox amillər təmin edib: İlk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz və maraqlarımız və xalqlarımız qardaşlığı”.

Arazmedia.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatında bildirib.

Bu gün dünya miqyasında Azərbaycan ilə Türkiyənin unikal əməkdaşlıq, müttəfiqlik nümunəsi göstərdiyini vurğulayan dövlət başçısı deyib:

“İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi kəlamlar bizim üçün, fəaliyyətimiz üçün əsas faktordur. Biz bu vəsiyyətə sadiqik, XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.