15 İyun Milli Qurtuluş günü qeyri-iş günü və 20 iyun bazar günü olmasına baxmıyaraq Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək isə müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.