Ermənistanda son sutkada koronavirusa daha 41 yoluxma qeydə alınıb.
Arazmedia.Az xəbər verir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 223 723-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 4 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4488-ə yüksəlib.
Koronavirusa yoluxan 215 228 nəfər sağalıb. Hazırda 2 913 pasiyent müalicə olunur.