ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin avqust müqaviləsinin dəyəri 0,23% artaraq 1 barelə görə 72,69 dollar təşkil edib.
Arazmedia.Az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,88% artaraq 70,91 dollar təşkil edib.