Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə 11.06.2021-ci il tarixində axşam saatlarında 1 azyaşlının (şəxsiyyəti dəqiqləşdirilir) Yuxarı Qarabağ su kanalına (Mingəçevir şəhəri ərazisi) düşməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-dən bildirilib
Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu kanala düşmüş şəxsin axtarışlarına cəlb olunub.
Əlavə məlumat veriləcək.