Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunub.
Arazmedia.Az report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki İsfəndiyar Mehbalıyev öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib.
Hələlik onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, İ.Mehbalıyev Prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun kürəkəni və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin oğludur.