DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Deputat parlamentdə Sahil Babayevi tənqid etdi

2 dəqiqəyə oxunur

Milli Məclisin ötən gün keçirilən plenar iclasında deputat Zahid  Oruc  Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi sərt tənqid edib.

Arazmedia.Az xəbər verir ki,  Zahid Oruc plenar iclasda Sahil Babayevin yürütdüyü siyasəti dolayısıyla yarıtmaz adlandırıb. 

O xatırladıb ki, Milli Məclis rəhbərliyi əlillik sahəsində bütün maraqlı təşkilatların iştirakı ilə səmərəli dialoq mühiti yaradaraq geniş dinləmələr keçirib. Millət vəkili bir sıra ümumiləşdirmələri bölüşüb:

“Nazirlik 2019-cu ildə 7 meyar, 14 patologiya və 2500 xəstəlikdən ibarət yeni Əsasnaməni hazırlayaraq Hökumətə məhz bu məqsədlə təqdim etmişdi. Amma onun qəbulunun vaxtı gecikdiyi üçün nəticələri gözləmədən əvvəlki illərdə təyinat alan şəxslərin işlərinin yenidən qiymətləndirməsinə tələsik qərar verilib. Hörmətli nazir Sahil Babayevin açıq mənbədə verdiyi məlumata görə, indiyədək 90 min insanın pensiyası, 17 min nəfərin əlillik təyinatı ləğv edilib. Elə buradaca sual olunur-nəticədə bu qədər vətəndaş ordusunun harada-əmək bazarında, özünəməşğul əhalinin sırasında, yoxsa işsizlərin siyahısında, ya da ictimai işlər və özəl sektorda özünə yer etməsinə dair məlumatı da təqdim etmək yaxşı olardı. O cümlədən, 2016-cı ildə Nazirlər Kabinetinin təkrar müayinə qarşısında olan 250 min şəxsin 2021-ci ilədək müddətinin uzadılması və cari ildə onların yenidən tibbi baxışa qayıtması, nazirin sözlərinə görə, həmin şəxslərin də yekunda 60-70 mininin artıq əlilliik reyestrindən çıxarılacağının anonsu bizi qayğılandırmaya bilməz. Bir daha xüsusi vurğulayırıq ki, Nazirlik indi müzakirəmizə çıxarılan, lakin hökumətin təsdiqləmədiyi 2019-cu ildəki Əsasnamədə qeyd edib və biz vətəndaşlarımızın sağlamlıq durumuna diaqnoz qoyarkən 2022-ci ildən qüvvəyə minəcək indiki daha humanist və çoxçeşidli qaydalarla deyil, haqsız olaraq tam əksəriyyətinə “saxta” deyib vətəndaşımızı yarğıladığımız, birtərəfli qaydada onu günahkar çıxardığımız, beləliklə ciddi gərginlik mənbəyinə çevirdiyimiz və insanları sosial qəyyumluq, müftəxorluqda suçlandırmağa səbəb olan hazırki ləğv qərarları ilə üzə-üzə qoymuşuq. Üstəlik, 200 minə qədər insanın hüquqi sənədləri qanun pozuntuları ilə tərtib edilibsə və orada ən azı 4 hökumət qurumu iştirak edibsə, bizim illərlə burada qəbul etdiyimiz hesabat iclasları, yüksək təqdimatlar da zərbə altına alınır və açıq-aşkar uğur hekayələrimizə mənfi təsir edir”.