Fransa prezidenti Emmanuel Makron Drom rayonunda sakinlərlə söhbət zamanı vətəndaşlardan birinin onu sillələməsinə münasibət bildirib.
Arazmedia.Az xəbər verir ki, prezident bu barədə regional “Le Dauphine” saytına açıqlama verib.
Makron hadisəni şişirtmənin tərəfdarı olmadığını söyləyib:
“Gəlin, bu hadisəni şişirtməyək. Bu, diqqəti əksəriyyəti narahat edən digər problemlərdən yayındırmamalıdır”.
Qeyd edək ki, ötən gün Makron Drom rayonuna səfəri zamanı onu gözləyən insanlarla salamlaşmağa başlayıb. Bu zaman bir nəfər onu sillələyib.